Hadisə 27.01.2020 21:00

“Qız zorlayan” polislə bağlı RƏSMİ açıqlama verildi

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəzi KİV-də və sosial şəbəkələrdə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumat yayıb.

Rakus.az xəbər verir ki, 2019-cu il avqust ayının 8-də qohumu ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş Aytəkin Abıyeva əri ilə birgə Bakı şəhərinə köçmüş və bundan 10 gün sonra adı istintaqa məlum olan keçmiş sevgilisinə zəng edib onunla Salyan şəhərinə gəlmiş və 4 gün müddətində müxtəlif ünvanlarda qalıblar.

Həyat yoldaşının polisə müraciəti əsasında avqustun 22-də tapılıb ailəsinə qaytarılan, daha sonra valideynlərinin yanına qayıdan Aytəkin Abıyeva yeni tanış olduğu başqa bir şəxslə telefon əlaqəsi saxladığı üçün anası tərəfindən tənbeh edildiyindən sərbəst yaşamaq qərarına gələrək 2019-cu il sentyabrın 10-da xəbər vermədən evdən gedib. Aytəkin Abıyevanın itkin düşməsi barədə ailə üzvlərinin Daxili İşlər Nazirliyinin «102» Xidmətinə müraciəti əsasında həmin gün o, polis əməkdaşları tərəfindən tapılıb valideynlərinə təhvil verilib.

Bir neçə gün evlərində qalan Aytəkin Abıyeva 2019-cu il sentyabrın 16-da yenidən evdən qaçıb əvvəldən yaxın münasibətdə olduğu digər tanışı ilə görüşüb.

Ertəsi gün onun itkin düşməsi barədə valideynləri yenidən Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş və müvafiq araşdırmanın aparılması baş təhqiqatçı Həmzə Əzizova tapşırılıb. Həyata keçirilmiş axtarış tədbirləri ilə Aytəkin Abıyevanın olduğu yer müəyyən edilmiş və o, saxlanılıb qardaşına təhvil verilərkən buna etiraz olaraq üzərindəki bıçaqla Həmzə Əzizova həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.

Fakt üzrə Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılmış və Aytəkin Abıyeva məhkəmənin qərarı ilə şübhəli qismində tutulub.

Müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə, Aytəkin Abıyeva ittiham üzrə özünü təqsirli bilmiş, cinayəti törətdiyi günədək Həmzə Əzizovla heç bir münasibətinin olmadığını və hər hansı polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini göstərib.

Aytəkin Abıyevanın həmin cinayət əməlini törətməsi, özünün səmimi ifadələri ilə yanaşı istintaq zamanı toplanmış, bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən hadisəni görən ailə üzvlərinin və digər çoxsaylı şahidlərin ifadələri, mobil telefon danışıqları barədə məlumatlar və ekspertiza rəyləri ilə tam təsdiqlənib.

Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Aytəkin Abıyevanın əməli Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilmiş və o, bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd olunmalıdır ki, özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərməyə cəhd edən Zamin Salayev, xəbər verildiyi kimi, 2020-ci il yanvarın 13-də Bakı şəhərində ictimai qaydanı pozan hərəkətlərə yol verdiyinə və bununla əlaqədar polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığına görə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Saxlanılan zaman bütün prosessual hüquqları təmin edilmiş Zamin Salayev vəkili və ailə üzvləri ilə görüşmüş və müvəqqəti saxlama yerində Ombudsman Aparatının əməkdaşları ona baş çəkmişlər.

Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən aparılan xidməti yoxlama prosesində Zamin Salayev, polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və zorakılığa məruz qalmadığını bildirib. Bu xüsusat Nazirliyin təşəbbüsü ilə Zamin Salayevin DİN-in Hospitalında keçirilmiş tibbi müayinəsi ilə təsdiqlənib.

Törətdiyi cinayətlərə görə əvvəllər də üç dəfə məhkumluq həyatı yaşamış, spirtli içki aludəçisi olan Zamin Salayevin Aytəkin Abıyevanın təzyiqə məruz qalması və hətta zorlanması barədə şərəf və ləyaqəti alçaldan böhtanlar yayması da qərəzdən başqa bir şey deyil və onun neqativ həyat təcrübəsinin və dünyagörüşünün təzahürüdür.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS