Koronavirusdan ölənlərin sayı 106 nəfərə çatdı
Çində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 4515 nəfərə çatıb.
Rakus.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi Çin rəsmilərinə istinadən məlumat yayıb.
Bundan əvvəl “Wangyi” portalı Çin bölgələrində rəsmi məlumatlara istinadla 4477 nəfərin bu virusa yoxuduğunu bildirmişdi. Xəstəlikdən ölənlərin sayı isə 106 nəfər olub.
“France-Presse” agentliyinin məlumatına görə, son sutkalarda Hubey vilayətində daha 24 nəfər ölümcül virusun qurbanına çevrilib. Həmin müddətdə daha 1291 yeni yoluxma halı qeydə alınıb.
Ən çox yoluxma və ölüm faktı Hubey əyalətində (2714 və 47) və onun inzibati şəhər mərkəzi olan Uhanda (1590 və 42) müşahidə edilib. Paytaxt Pekində 80 yoluxma halı, Rusiya ilə sərhəd Heyluntszyan vilayətində isə 21 yoluxma faktı qeydə alınıb.