Mədəni 11.04.2019 20:37

Bakıda Rusiya Mədəniyyəti Günləri açıldı

Aprelin 11-də Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub.

Rakus.az xəbər verir ki, mərasimi açan mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin iki xalqın həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Nazir deyib: “Bu gün dünya şöhrətli “Kreml baleti” teatrı görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edəcək. Qeyd etmək istəyirəm ki, bugünkü tamaşanın səhnə tərtibatçısı Azərbaycan mədəniyyətinin daha bir görkəmli nümayəndəsi – Xalq rəssamı Tahir Salahovdur. “Min bir gecə” baletinin nümayişi görkəmli fırça ustasının 90 illik yubileyinə həsr olunub. Vurğulamaq istəyirəm ki, Azərbaycanı və Rusiyanı bir çox sahələrdə səmimi mehriban qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər. İki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bir daha burada toplaşanları bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko səmimi qəbula və Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikasının hökumətinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Məhz bu, iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində gələcək əməkdaşlığına şərait yaradır. Federasiya Şurasının sədri deyib: “Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlərin olduğu prezidentlər Vladimir Putinin və İlham Əliyevin mühüm rolu var. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Federasiya Şurası və Milli Məclis uzun illərdir daimi qarşılıqlı fəaliyyət göstərirlər”.

Valentina Matviyenko Rusiya və Azərbaycanın yaxınlaşmasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində mühüm rola malik olan Bakı Beynəlxalq Humanitar Forumunu mötəbər dialoq məkanı adlandırıb. O deyib: “Azərbaycanda rus dilinin qorunub saxlanılmasını və təbliğini Rusiyada yüksək qiymətləndirirlər. Azərbaycanda Rusiyanın aparıcı ali məktəblərinin filialları, rus dilində təhsil verən məktəblər fəaliyyət göstərir, uzun illər ərzində Rus Dram Teatrı və digər mədəniyyət ocaqları işini davam etdirir. Bütün bunlara görə rusiyalıların hamısının adından Azərbaycan Respublikasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Sonra “Min bir gecə” baleti nümayiş olunub. Tamaşaçılar “Kreml baleti” teatrının artistlərinin ifasında Şəhrizadın nağıllarının sevimli personajlarını səhnədə görüblər.

Tamaşa böyük maraqla qarşılanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO