Koronavirusdan ölənlərin sayı 213-ə çatdı
Çində koronovirusdan ölənlərin sayı 213-ə, yoluxanların sayı isə 9692-yə çatıb.
Rakus.az xəbər verir ki, bu barədə cümə günü Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin yaydığı xəbərdə bildirilib.
Yenilənmiş məlumatlara görə, aşkar edilmiş xəstəliklərin sayında birinci yeri inzibati mərkəzi Uhan olan Hubey əyaləti tutur (5.8 mindən çox yoluxma hadisəsi, 204 ölü).
Sonrakı sıralama isə belədir: Çejiang – 428 yoluxma, Quanqdonq – 354 yoluxma və Henan – 278 yoluxma, iki ölü.
Rusiya ilə həmsərhəd olan Pekində virusa 121 nəfər yoluxub, onlardan biri ölüb. Heilonqciang əyalətində 44 yoluxma, iki ölüm hadisəsi qeydə alınıb.
Çinin bölgələri arasında ən az yoluxmanın qeydə alınan ərazi isə Tibet Muxtar Bölgəsi, Qinqhai, Quicjou və Jilin əyalətləri, habelə Sincjan-Uyğur Muxtar Rayonudur.
Çinin digər bölgələrində də yoluxma halları aşkarlanıb.