Rusiya Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən vətəndaşları təxliyə edən Almaniyanın “Airbus A310” təyyarəsinin Moskvada enişinə icazə verməyib.
Rakus.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Belə ki, yanvarın 31-də təyyarə Almaniya vətəndaşlarını təxliyə etmək üçün koronavirusun yayıldığı Uhan şəhərinə uçub. Plana əsasən təyyarə geri dönərkən, Moskva şəhərinə enərək yanacaq doldurmalı idi. Bundan başqa, təyyarə enən zaman bir gün qabaq Rusiya paytaxtına gələn ekipaj üzvləri təyyarədə olan həmkarlarını əvəz edəcəkdi.
Nəşrin məlumatına görə, təyyarədə 144 nəfər, o cümlədən 108 Almaniya vətəndaşı, 34 Çin vətəndaşı, Bolqarıstan vətəndaşı və ABŞ vətəndaşı var.
Almaniya Müdafiə Nazirliyinin komandiri polkovnik Daniel Drakenin sözlərinə görə, təyyarənin Rusiyanın hava məkanından istifadəsinə icazə verilsə də, Moskvadakı hava limanına enmə tələbi rədd edilib.
Nəticədə yeni bir marşrut hazırlamaq və təyyarəni Helsinki üzərindən Almaniyaya istiqamətləndirmək lazım gəlib. Şənbə günü, yeni heyəti ilə başqa bir xüsusi reys Almaniyadan Finlandiyaya uçub.