Bunları bilirsinizmi?
Qulaqdan irinli axıntı xarici qulaq keçəcəyi, orta qulaq xəstəlikləri zamanı müşahidə olunan əlamətlərdəndir.
Rakus.az xəbər verir ki, bunu qulaq, burun, boğaz, baş və boyun cərrahiyyəsi üzrə həkimlər bildirirlər.
Onarın sözlərinə görə, iki fərqli anatomik nahiyənin xəstəliyinə otit adlanır. Əgər prosesə görə xarici qulaq keçəcəyi tutulubsa, bu, xarici otitdir. Əgər proses orta qulaqdadırsa, bu orta otitdir. Xarici qulaq keçəcəyinin bakterial və göbələk zədələnməsi zamanı xarici otit inkişaf edir ki, bu patalogiyalar irinli axıntı ilə müşahidə olunur.
Bu zaman qulaq pərdəsi tam qalır, yəni tamlığı pozulmur və axıntı xarici qulaq keçəcəyinin dərisindən qaynaqlanır. Əgər proses orta qulaqdadırsa, orta otitdirsə, qulaq pərdəsində dəlik müşahidə olunur və irinli axıntı orta qulaqdan gəlir. Orta otit xroniki və kəskin şəkildə seyr edilə bilər. İrin axandan sonra təbil pərdəsi bağlana bilər, əgər bağlanmazsa, gələcəkdə təkrarlanan orta otit xroniki orta otitə səbəb ola bilər. Xroniki irinli orta otit qulaqdan olan periadik irinaxmalarla müşahidə olunur.