Xəstələrin niyə çırpına- çırpına öldüyü məlum oldu
Dünya Sağlamlıq Təşkilatının Türkiyə üzrə koordinatoru Dr. İrşad Əli Şeyx Çində koronavirusa tutulan insanların qəflətən yerə yıxılaraq ölməsinin səbəbini izah edib.
Rakus.az xəbər verir ki, Dünya Sağlamlıq Təşkilatının Türkiyə üzrə koordinatoru Dr. İrşad Əli Şeyx Türkiyə Enerji Strategiyaları və siyasəti Araşdırma Mərkəzinə (TESPAM) ev sahibliyi ilə təşkil edilən Koronavirüs və Qlobal Təsirləri Panelində bu haqda danışıb.
“Buradakı insanların yerə yıxılıb qəfildən ölməsinin səbəbi, ağciyərlərində toplanan mayedir. İnsanların ağciyərlərində maye yığıldıqda, şişkinlik yaranır və xəstə nəfəs ala bilmir, bir anda yerə yıxılıb ölürlər.” – deyə o, koronavirus barədə verdiyi açıqlamada virusa yoluxmuş insanların qəfildən yerə yıxıldığı anları dəyərləndirib.
Xatırladaq ki, Çində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 31,1 min nəfərə, bu virusdan ölənlərin sayı 636 nəfərə çatıb, 1540 nəfər isə tam sağalıb.