Yaxın Şərqin 100 ən yaxşı işgüzar qadını müəyyənləşdi
Nüfuzlu “Forbes” jurnalı 2020-ci ildə Yaxın Şərqin 100 ən yaxşı işgüzar qadınının adını açıqlayıb.
Rakus.az xəbər verir ki, bu regionda zərif cinsin ən varlı nümayəndələri 28 sektoru təmsil edən 23 ölkənin vətəndaşlarıdır. Siyahıya Birləşmiş Ərəb Əmirliklərinin 27 şirkətdən ibarət olan “İsa Saleh” qrupunun icraçı direktoru Raya İsa Əl Qurq, “Samba Financial Group” (Səudiyyə Ərəbistanı) korporasiyasının sahibi Rania Naşar, “Tədavül” şirkətinin rəhbəri Sara Əl Suhami və “Saudi British Bank”ın icraçı direktoru Lübna Olayan başçılıq edirlər.
“Forbes”in saytına istinadla xəbər verir ki, Yaxın Şərqin ən varlı işgüzar qadınların arasında 9 Misir, 8 Livan, səkkiz Oman işgüzar qadını, habelə ərəb olmayan və Yaxın Şərqdə biznes fəaliyyəti ilə məşğul olan amerikalı qadınlar var. Misirli qadın sahibkarlar arasında isə ilk yerləri “Telecom Law” firmasının rəhbəri Mona Zülfiqar və “TAQA Arabia” şirkətinin sahibi Pakinam Kafafi tuturlar.