Daha 41 nəfərdə koronavirus tapıldı
Yaponiyanın Yokohama limanında karantinə alınan kruiz gəmisində əlavə bir neçə insanın koronavirus testlərinin cavabları müsbət çıxıb.
Rakus.az xəbər verir ki, minlərlə sərnişin kayutalarda qapalı halda saxlanılıb. Onların təmiz hava ala bilmək üçün çox qısa müddət ərzində gəminin göyərtəsinə çıxmalarına icazə verilib.
Mayaminin Carnival Corp şirkətinə məxsus “Diamond Princess” kruiz gəmisi Honq Konqda gəmidən ayrılan sərnişinlərdən birinə koronavirus diaqnozu qoyulduqdan sonra iki həftəlik karantinə alınıb. Yaponiyanın səhiyyə naziri Katsunobu Kato bildirib ki, son məlumatlara görə, gəmidə daha 41 nəfərin koronavirusa yoluxduğu təsbit edilib.
Bununla da, gəmidə virusa yoluxanların sayı 61-ə çatıb. Yeni xəstələrin 21 yapondur. Xəstəliyə yoluxanlar gəmidən çıxarılaraq, Tokio və ətraf şəhərlərdəki xəstəxanalara köçürülüb.
Çində koronavirusdan ölənlərin sayı 636 nəfərə çatıb. Təsdqilənmiş yoluxma hallarının sayı isə 31000-i keçib.