Qazaxıstanda kütləvi dava oldu – Prezident reaksiya verdi
Qazaxıstanın Jambıl vilayətində toqquşma və kütləvi dava olub.
Rakus.az xəbər verir ki, vilayətin iki kəndində iki saat ara ilə sakinlər arasında toqquşmalar yaşanıb və bu, kütləvi davaya keçib.
Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Polis “xuliqanlıq” maddəsi ilə istintaqa başlayıb. Toqquşmanın səbəbi araşdırılır. Polis yanlış və saxta məlumat yayanların cinayət məsuliyyətinə cəlb olunacağını açıqlayıb. Buna səbəb həmin bölgədə dunqan millətindən olan azlıqların yaşamasıdır.
Məsələyə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev da münasibət bildirib: “Gecə olanlar üzücüdür. Təxribatçılar bu vəziyyətdən yararlanmağa çalışdılar. Təəssüf ki, ölən və yaralananlar var. Hazırda vəziyyət polis və Milli Qvardiyanın nəzarəti altındadır. Dövlət orqanları bu ciddi hadisənin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görməlidir”.
Prezidentin də qeyd etdiyi kimi, toqquşmalarda ölənlər var. Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev bu gün səhər keçirdiyi brifinqdə kütləvi dava-dalaşda 8 nəfərin öldüyünü, onlarla adamın bədən xəsarətləri və güllə arası aldığını bildirib.
Onun sözlərinə görə, hüquq-mühaqfizə orqanları əməkdaşları 47 nəfəri saxlayıb.