Dünya 11.02.2020 05:56

Əfqanıstanda öldürülən ABŞ hərbçilərinin adları açıqlandı

ABŞ-ın Müdafiə Nazirliyi bazar ertəsi Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Şirzad bölgəsində baş verən atışma zamanı öldürülən iki Amerika əsgərinin adlarını açıqlayıb.

Rakus.az xəbər verir ki, ABŞ və Əfqanıstan qüvvələrinin əfqan tərəfdaş tərəfindən pulemyotla atəşə tutulduğu zaman çavuş Havier Caquar Qutierrez və çavuş Antonio Rey Rodrigesin öldürüldüyü və digər 6 hərbçinin yaralandığı bildirilib.

“Orada əməliyyatlar hələ də davam edir. Biz hücumun qəsdən və ya səhvən törədildiyini bilmirik. Təhqiqat aparılması üçün oraya nümayəndə heyəti göndərilib. Detallar məlum olduqda sizə məlumat verəcəyik”, –  Nangarhar vilayətinin qubernatoru Şah Mahmud Mikayıl bildirib.

Amerikanın Səsinə şərh verən qubernator hərbçi paltarındakı hücumçunun da atışmada öldürüldüyünü deyib.

Əfqanıstanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, atışma zamanı Əfqanıstan ordusunun əsgəri də öldürülüb.

Şənbə günü öldürülən 2 nəfər də daxil olmaqla, 2020-ci il başlayandan bəri Birləşmiş Ştatların Əfqanıstanda 6 əsgəri ölüb. Keçən il isə 22 ABŞ həbçisi döyüşlərdə həlak olub.

Təlimlər və ya hərbi əməliyyatlar zamanı Əfqanıstanın hərbi personalının silahı yerli tərəfdaşlara və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrə qarşı çevirməsi nadir hal deyil.

“Taliban” fürsət tapan kimi döyüşçülərinin Əfqanıstanın hərbi qüvvələrinə qarşı “daxili hücumlar” həyata keçirdiyini desə də, üsyançı qrup şənbə günü gecə baş verən hadisədə əli olmadığını deyib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS