Rusiya XİN Ankaradakı görüş barədə məlumat yaydı
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb.
Rakus.az Rusiya XİN-in saytına istinadən xəbər verr ki, müzakirələr iki mərhələdə olmaqla, fevralın 8-də və 10-da baş tutub.
Ankaradakı müzakirələrdə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, Xarici İşlər nazirinin müavini Sergey Verşinin və Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət nümayəndə heyəti iştirak edib.
Türkiyə tərəfindən isə danışıqlara Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.
Rusiya nümayəndə heyəti həmçinin Türkiyə Prezidentinin siyasi məsələlər üzrə müşaviri İbrahim Kalınla da görüşüb.
“Suriyada, ilk növbədə İdlibin de-eskalasiya zonasındakı son vəziyyəti müzakirə olunub”, – deyə XİN-in məlumatında qeyd olunub.