Bunları bilirsinizmi?
Yayda, isti havalarda ürək tutmalarının yaranma riski artır.
Rakus.az xəbər verir ki, ürək xəstələri yay aylarında xüsusilə diqqətli olmalıdırlar.
Mütəxəssislər bildirirlər ki, ürək problemləri olanlar yayda nizamlı şəkildə dərmanlarını qəbul etməklə yanaşı bir sıra məqamlara diqqətlə yanaşmalıdırlar. Burada az-az, tez-tez yemək, Günəş şüalarından qorunmaq xüsusi olaraq vurğulanır. Bildirilir ki, saat 11.00-16.00 arasında Günəş şüalarının altında durmamaq, isti havada ağ və ya başqa açıq rəngli paltarlar geyinmək, kip yox, geniş geyimlərə üstünlük vermək vacibdir. Bundan başqa, çox karbohidratlı, yağlı qidalardan imtina etmək lazımdır.
O da qeyd olunub ki, erkən diaqnoz və vaxtında edilən müalicələr sayəsində ürək tutmalarından ölümlərin sayı azalıb.