Bunları bilirsinizmi?

İngilis həkimləri çoxlarını narahat edən bir suala cavab verməyə çalışıblar: xərçəng genetik olaraq ötürülürmü?
Rakus.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, irsən ötürülən gen mutasiyaları xərçəngə səbəb ola bilər. Bizim DNT-də baş verən pozulmalar sağlamlıq problemləri yaradır, xüsusilə də xərçəng xəstəliyinə səbəb olur.
Həkimlər hesab edirlər ki, onkoloji xəstəliklərin əksəriyyəti müəyyən orqanların hüceyrələrində baş verən gen mutasiyalarının nəticəsində inkişaf edir. Bu mutasiyaların formalaşmasına öz növbəsində, xarici mühit və ya qeyri-sağlam həyat tərzi də təsir göstərir. Siqaret çəkmək, spirtli içki istifadəsi, piylənmə və ekoloji amillər genlərdə dəyişikliyə səbəb ola bilər.
Tədqiqatçılar qeyd edirlər ki, bəzi insanlar irsi olaraq gen mutasiyalarını qəbul edirlər, beləliklə, onlar risk zonasına daxil olur və xərçəng xəstəliyinə tutulmaq ehtimalı yüksək olur.
Ən çox genetik meyllilik döş, uşaqlıq, yumurtalıq və bağırsaq xərçəngi ilə bağlı ortaya çıxır. Əgər iki və ya daha çox yaxın qohumda xərçəngin eyni növü olubsa, onda onkoloji problemin yaranması riskinin qiymətləndirilməsi üçün genetik analizlər aparmaq lazımdır.