Dünya 19.02.2020 12:37

Paşinyan Gürcüstanı “böyük Ermənistan” hesab edir

 

2020 – ci il fevralın 15 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağla bağlı panel müzakirələrin aparılması zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi ümumiyyətlə bilmədiyi, siyasi savadsızlığı üzə çıxmış, nəticədə isə o, açıq – aşkar biabır olmuşdur.

Konfransdakı panel müzakirələri zamanı Paşinyan həyasızcasına bildirmişdir ki guya Qafqazda yalnız ermənilər və gürcülər yaşamış, azərbaycanlılar isə olmamışdır. Lakin bu fikir kökündən yalnışdır. Qeyd etmək lazımdır ki, ermənilər heç Ermənistanın Respublikasında da avtoxton əhali olmamışlar. Bu baxımdan X. Hyubşman, Q. Bonfante, E. Benvenist kimi görkəmli alimlər, eləcə də erməni alimi Y. Manandyan, ermənilərin ulu babalarının, o cümlədən onlara qohum olan frako – frikiya tayfalarının hələ e.ə. II minilliyin əvvəllərində Balkan yarımadasında, daha erkən dövrdə isə Qara dənizdən şimala tərəf olan vilayətlərdə yaşadığını hesab edirlər. Dyakonovun qənaətinə görə, bu tayfalar e.ə. XVIII ortalarında Kiçik Asiyaya soxulmuşlar. İ. K. Kanadşevin qənaətinə görə, ermənilər Gürcüstanın köklü əhalisi olmamışlar.

1911 – ci ildə tədqiqatçı Nikolay Şavrov yazır: “Ermənilərdən başqa aysorlar və müsəlmanlar da Bakı quberniyasında məskunlaşmışlar. Lakin köçkünlərin ən çox sayı ermənilərin payına düşür. Belə ki, Zaqafqaziyada yaşayan 1300000 nəfər ermənidən 1000000 nəfəri buranın yerli əhalisi olmamış və onlar bura bizim tərəfimizdən köçürülmüşlər”.

Erməni etnosunun Qafqazla heç bir bağlılığı və əlaqəsi olmamışdır. Qədim Albaniyanın (Azərbaycan) Yuxarı Qarabağ vilayətində (Arsaq) xristianlığın yayılmasından məharətlə istifadə edərək 1836-cı ildə çar höküməti tərəfindən Alban katalikosluğu ləğv edildikdən sonra erməni keşişləri albanların dini sənədlərinin, kitablarının bir hissəsini məhv etmiş, bir hissəsini erməni dilinə tərcümə edərək özününküləşdirmiş, alban kilsələrini isə mənimsəyərək guya burada qədimdən bəri məskunlaşdıqlarını “sübut etməyə çalışmışlar”. Əslində isə bugünkü Qarabağda olan xristian abidələrinin hamısının albanlara məxsus olduğu hər kəsə məlumdur.

Qeyd etmək lazımdır ki, məhz Qriqoryan kilsəsi ermənilərin Türkiyə və İrandan, Azərbaycan və Gürcüstan ərazilərinə köçürülməsində əsas rol oynamışdır. Qriqoryan kilsəsinin rus imperiyası və Avropa dövlətləri ilə əlaqələri isə XVII əsrə təsadüf edir. Ermənilər elə o vaxtdan avropalıları inandırmağa çalışırdılar ki, guya müsəlmanlar “Avropa ilə bir dinə itaət edən erməni xalqını istismar edirlər”.

Ermənilər öz məqsədlərinə çatmaq üçün ticarətdən sui – istifadə etmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, görkəmli akademikimiz Ramiz Mehdiyev bu barədə “Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” adlı əsərində yazır: “1667 – ci ildə Moskva çarı Aleksey Mixayloviçin razılığı ilə Rusiya dövləti ilə yeni Culfanın erməni tacirləri arasında ticarət müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən bütün İran ipəyi Rusiyaya gətirilməli idi ki, onun da bir hissəsi Rusiyadan tranzitlə Avropaya getsin. Bununla da ipəklə ticarət hüququ bir erməni tacirinə verilmiş oldu. Eyni zamanda avropalılar üçün nəzərdə tutulan bütün güzəştlər isə ləğv olundu”.

Ermənilər xəstə təxəyyülünə malik olduqlarına görə hər kəsi inandırmağa çalışırlar ki guya onlar qədimdən bəri Qafqazda məskunlaşmışlar. Əslində isə qonşularının maddi və mədəni sərvəti hesabına tarixi saxtalaşdıran ermənilər, Azərbaycan və Gürcüstanın torpaqlarında heç bir əsası olmayan “böyük Ermənistan”ı yaratmaq arzusundadırlar. Lakin el arasında bir məsəl var ki yalan ayaq açar amma yeriməz. Bu baxımdan biz Nikol Paşinyanın çıxışı zamanı etdiyi səhvlərdən onun necə arsızcasına yalan danışdığının şahidi oluruq: belə ki o, çıxışı zamanı əvvəl, guya “Dağlıq Qarabağda Ermənistan qoşunlarının yox, əhalinin özünümüdafiəsi üçün yerli erməni qüvvələrinin olduğunu”, daha sonra isə guya “oğlunun Dağlıq Qarabağda hərbi qulluqda olduğunu və həmvətənlərini müdafiə etmək üçün ora könüllü şəkildə getdiyini” qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz uzaqgörənliyi, zəngin təcrübəsi, etikası və peşakarlığı ilə Münxen Təhlükəsizlik Konfransında Paşinyanı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA – nın müxbir üzvi, professoru, görkəmli alimimiz Musa Qasımlının da qeyd etdiyi kimi aciz vəziyyətə saldı.

Kamal Salayev, 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

kamalsalayev1988@gmail.com

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO