Səhiyyə 21.02.2020 20:20

Bunları bilirsinizmi?

Uşaqlarda, eləcə də yeni doğulanlarda bir çox nevroloji problemlərə rast gəlinir.

Rakus.az xəbər verir ki, yeni doğulanlarda olan nevroloji problemlər isə valideynlər tərəfindən çox zaman gec görülür. Bəs hansı əlamətlər körpələrdə nevroloji problemlər olduğundan xəbər verir?

Nevroloq Rima İbadova bu əlamətləri açıqlayıb, “Hansı uşaqlarda nevroloji problemlər daha sıx görülər” mövzusunda məlumat verib.

Onun sözlərinə görə, doğulandan sonra gec ağlayan, tın-tın və ya mızıltılı səslə ağlayan, döşü və ya əmziyi  çətin götürən, normal əmə bilməyən, süst vəziyyətdə çox yatan və ya çox az yataraq sutkanın çox hissəsini narahat keçirən uşaqlara laqeyd yanaşmaq olmaz. Bundan başqa, tez-tez xüsusən qida qəbulu ilə əlaqədar olmayan qusmalar varsa, uşaq yuxudan ağlayaraq oyanırsa, diksinirsə bu da nevroloji problemə işarə ola bilər. Həmçinin qeyri-adi yığılmaları, göz və əl-ayaq hərəkətləri olan uşaqlar, ətraf və üz hərəkətləri assimetrik olan uşaqlar, xüsusən sonrakı inkişafları ləngiyən uşaqlar daha mütəmadi olaraq uşaq nevroloqunun konsultasiyasında olmalıdır.

Nevroloq qeyd edib ki, həkim uşağın motor (hərəki), sosial (psixi) və dil inkişafını ayrı-ayrılıqda dəyərləndirməlidir. Əgər uşaq iki ayında üzüstə vəziyyətində başını qaldırmırsa və əşyaları gözü ilə təqib etmirsə, 6 ayında arxası üstə uzanarkən başını önə doğru əymirsə və fırlanmırsa, ən geci 9 ayda oturmursa, ən geci 18 ayda yeriyə bilmirsə və heç bir söz demirsə, ən geci 3 yaşda sadə cümlələr qura bilmirsə valideynlər həyəcan siqnalı çalmalıdır. Uşağın inkişafının gecikməsinə səbəb olan amillər nevroloq tərəfindən aydınlaşdırılmalıdır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS