İranda daha 3 nəfər yoluxdu
İranın Qum və Ərak şəhərlərində daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib.
Rakus.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.
O bildirib ki, həmin 3 nəfər xəstəxanalarda nəzarət altındadır.
Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır. Ərak şəhərində yoluxan şəxs həkimdir.
Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.
K.Cahanpur yeni koronovirusla əlaqədar İranın Qum şəhərində izdihamlı məscidlərə və digər ictimai yerlərə, eləcə də ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılmasının təklif olunduğu bildirib.
O qeyd edib ki, əgər təklif qəbul olunarsa, qərar Qum əyalət başçısı tərəfindən elan olunacaq.
Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib. (apa.az)