Dünya 20.02.2020 23:39

Çində koronavirusa yoluxma halları azalır

Çində 2000-dən çox insanın ölümü ilə nəticələnən yeni koronavirusa yoluxma hallarında azalma baş verib.

Rakus.az xəbər verir ki, ölkənin Milli Səhiyyə Komissiyası bildirib ki, çərşənbə günü COVID-19-a yalnız 394 insan yoluxub. Bu isə bir gün əvvəl qeydə alınan 1749 yoluxma halı ilə müqayisədə çox azdır. Ölüm halları 2 118-ə, ümumi yoluxma halları isə 74 576-ə çatıb.

Çin rəsmiləri yeni koronavirus ilk dəfə dekabr ayında Hubei vilayətində ortaya çıxandan bəri virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparır. Onlar vilayətə giriş-çıxışı qadağan edib.

Çindən kənarda virusdan 11 nəfərin öldüyü bildirilir. Onlar arasında Cənubi Koreyada ölən bir nəfər, İranda iki nəfər və Diamond Princess kruiz gəmisinin sərnişini olan 80 yaşlarında bir cütlük var. Diamond Princess gəmisi fevralın 3-dən bəri Yaponiyanın liman şəhəri Yokohamada karantində saxlanılır. Gəmini Honq Konqda tərk edən sərnişində koronavrisun aşkarlanması səbəbilə Yaponiyanın səhiyyə rəsmiləri gəmini və onun 3700 sərnişin və ekipaj üzvlərini karantin altına alıb. Lakin virusun yayılmasınına qarşısını almaq səyləri əks təsir göstərib. Belə ki, 542 nəfər koronavirusa yoluxub.

Cümə axşamı gəmini 600-ə yaxın sərnişinin tərk edəcəyi gözlənilir. Bundan bir gün öncə isə test nəticələri mənfi çıxan və heç bir simptom sərgiləməyən 500 nəfər gəmini tərk edib.

Bu arada Yokohamadan evakuasiya edilən 150-dən çox avstraliyalı sərnişin cümə axşamı Darvinə gətirilib. Onlar dərhal 14 günlük karantinə alınıb. Kanberra Çinə səyahət edən xarici vətəndaşların Avstraliyaya səfərlərinə tətbiq etdiyi qadağanı fevralın 29-dək uzadıb.

Bazar ertəsi 300-ə yaxın amerikalı evakuasiya edilib və onlar da dərhal 14 günlük karantinə alınıb. Bir çox digər ölkə, o cümlədən Kanada və Honq Konq da vətəndaşlarını Yokohamadan evakuasiya etməyi planlaşdırır.

Təsidqlənmiş yoluxma hallarında azalmaya baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı insanları hələ də ehtiyatlı olmağa çağırır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS