Bunları bilirsinizmi?

Hemoroid (babasil), anal kanalın üst qismində genişlənmiş damar yumaqlarıdır.
Rakus.az xəbər verir ki, xalq arasında babasil olaraq bilinir. Babasil daxili və xarici olmaqla iki qrupa ayrılır.
Tədricən gizli qalan, anal kanalda yerləşən genişlənmiş venoz damar yumaqları anusun xaricinə doğru çıxırlar.
Hemoroidə səbəb olan amillər:
Bağırsaq hərəkətliliyində dəyişikliklər (qəbizlik, ishal)
Hamiləlik və doğuş
Oturaq həyat və ya iş tərzi
Bəzi idman növləri (atçılıq, velosiped sürmək, güləş, ağırlıq qaldırma və s.)
Alkoqol qəbulu
Pelvik bölgədə yerləşən şişlər, qarında asitin olması
Yoğun bağırsaq şişləri
Prostat vəzin böyüməsi
Ürək çatışmazlığı
Qaraciyər sirrozu
Ailəvi meyllilik
Qeyd olunub ki, bəzi peşə sahibləri – sürücülər, pilotlar, yük daşıyan fəhlələr və s., eləcə də idmançılar babasil olma baxımından risk qrupuna daxildirlər.