Hadisə 28.02.2020 12:08

Mehriban Əliyeva tapşırıqlar verdi - FOTO

Heydər Əliyev Fondu Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığı keçmiş həyat yoldaşı Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələləri öz üzərinə götürüb.

Rakus.az xəbər verir ki, bu barədə açıqlamasında D.Bəhmənovanın anası məlumat verib.

O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

“Bir neçə gün öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bizə zəng etmişdi. O dedi ki, Mehriban xanım bu hadisəni eşitdikdən sonra bizə kömək etməyi təklif edib. Artıq Heydər Əliyev Fondu qızımın müalicəsini tamamilə öz üzərinə götürüb. Onlar həkimlərlə tez-tez əlaqə saxlayır və qızımın vəziyyəti ilə mütəmadi olaraq maraqlanırlar. Sonuncu əməliyyat fevralın 26-da olub, xüsusi olaraq bu əməliyyat üçün başqa klinikalardan həkimlər də dəvət edilib. Əməliyyat uğurlu keçdi. Ancaq bununla belə qızımın vəziyyəti ağır olaraq qalır. Fonddan mənə bildirdilər ki, qızımın sağalana qədər müalicəsi həyata keçiriləcək. Mən buna görə də Birinci vitse-prezident Mehriban xanıma çox minnətdaram. Klinikanın bahalı olmasına baxmayaraq, Fonddan mənə “bu, artıq sizi maraqlandırmamalıdır” dedilər. Təşəkkür edirəm”.

“Heydər Əliyev Fondundan mənə sadəcə müalicəni deyil, həm də prokurorluqda da bu işi nəzarət altında saxlayacaqlarını bildirdilər”, – D.Bəhmənovanın anası bildirib.

Qeyd edək ki, fevralın 3-də Yasamal rayonu ərazisində Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun 1981-ci il təvəllüdlü oğlu Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı bıçaqlayıb.

C.Bəhmənov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, N.Bəhmənov 1992-2008-ci illərdə Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2008-ci ildə vəfat edib. (report.az)

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO