Suriya üzərində uçuşlar dayandırılsın – TƏLƏB
Türkiyə Suriyanın İdlib bölgəsində 33 türk əsgərinin öldürülməsindən sonra qarşıdurmalar nəticəsində didərgin düşmüş yüz minlərlə insanı qorumaq üçün dünya qüdrətlərinin Suriya üzərində uçuşa qadağalar tətbiq etməli olduğunu söyləyir.
Rakus.az xəbər verir ki, rəsmi Ankara İdlibin şimal-qərb bölgəsində əsgərlərinin öldürülməsinə cavab olaraq Türkiyənin ev sahibliyi etdiyi 4 milyona yaxın qaçqının Avropaya getməsinin artıq qarşısını almayacaq.
Türkiyə prezident aparatının rabitə idarəsinin direktoru Fahrettin Altun Twitterdə yazıb ki, Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Rusiya və İran İdlib bölgəsindəki döyüşləri dayandırmasalar bütün etibarlarını itirəcəklər.
Türkiyə Rusiya ilə Suriyanın İdlib bölgsində atəşkəsə yönəlmiş addımları müzakirə edir.
Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyə Rusiya nümayəndələri ilə keçirdiyi danışıqlar zamanı Suriyanın şimal-qərbdəki İdlib vilayətində atəşkəsə ehtiyacın vurğulayıb və buna nail olmaq üçün tələb olunan addımları müzakirə edib.
Görüş zamanı Türkiyə tərəfi həmçinin İdlibdə mümkün humanitar fəlakətin və qaçqın axının qarşısını almağın vacibliyini vurğulayıb.