Dünya 29.02.2020 04:45

NATO Türkiyə ilə həmrəyliyini açıqladı

NATO-nun 29 müttəfiq ölkələrinin səfirləri cümə günü Türkiyənin NATO-nun bünövrəsi hesab edilən Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə əsasən Suriyadakı vəziyyətlə əlaqədar danışıqların aparılmasını tələb etməsindən sonra Şimali Atlantika Şurasında bir araya gəliblər.

Rakus.az xəbər verir ki, müqavilənin 4-cü maddəsinə əsasən müttəfiqlərdən hər hansı biri ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhlükə altında olduğunu düşündüyü zaman məsləhətləşmələrin aparılmasını tələb edə bilər.

Müttəfiqlər İdlib yaxınlığında Türkiyə əsgərlərinin öldürülməsi səbəbi ilə Türkiyəyə başsağlığı veriblər. Onlar həmçinin Suriya rejimi və onu dəstəkləyən Rusiyanın İdlib vilayətində həyata keçirdiyi hava hücumlarını qınayaraq, onları hücumları dayandırmağa, beynəlxalq qanunlara hörmət etməyə və BMT-nin məsələni sülh yolu ilə həll etmək səylərini dəstəkləməyə çağırıblar.

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu və hava müdafiəsini artırmaq da daxil olmaqla bir sıra tədbirlər vasitəsi ilə Türkiyəyə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Mətbuat konfansı zamanı çıxış edən Yens Stoltenberq bildirib ki, “Bugünkü görüş Türkiyə ilə həmrəyliyin bariz əlamətidir. Türkiyə NATO-nun tərəfdaşıdır. Türkiyə Suriyadakı dəhşətli münaqişənin ən çox təsirlərinə və terror hücumlarına məruz qalıb. Türkiyə eləcə də milyonlarla qaçqına ev sahibliyi edir.”

O həmçinin jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, NATO Türkiyənin hava müdafiəsini gücləndirmək eləcə də hava hövzəsini qorumağa kömək etmək üçün AWACS tipli təyyarələri ilə dəstək verir.

Bu arada isə Türkiyənin yüksək səviyyəli rəsmisi bildirib ki, Ankara artıq suriyalı qaçqınların Avropaya getməsinin qarşısını almayacaq.

Hökumətyönlü Demiroren xəbər agentliyi qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın miqrantın Türkiyənin Yunanıstanla sərhədinə doğru getdiyini bildirib.

Türkiyə qaçqınların Avropaya getməsinə icazə verəcəyinə dair təhdidi icra etsə, 2016-cı ildə Avropa Birliyinə etdiyi vədini yerinə yetirməmiş olacaq və Qərb qüdrətlərini İdlib üzərində qarşıdurmaya sürükləyə bilər. Bununla da Ankara və Moskva arasındakı danışıqlara son qoyulmuş olacaq.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS