Bunları bilirsinizmi?

Radikulit – fəqərəarası dəliyə daxil olan sinir köklərinin iltihabıdır.
Rakus.az xəbər verir ki, bu xəstəliyə oturaq həyat tərzi sürən insanlarda və professional idmançılarda daha çox təsadüf edilir.
Radikulitin əlamətləri zədələnmiş sinir proyeksiyalarında hissiyyatın itməsi, keyləşmə, əzələ zəifliyi, göynəmə, baş ağrısı, baş gicəllənmə, eşitmə-görmə zəifliyi və s.-dir. Bütün bunlar beyin-qan dövranı pozulması ilə əlaqədar yaranır.
Radikulitin səbəbləri hansılardır?
Radikulit 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun deformasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Müasir insanların az hərəkətli həyat tərzi bu xəstəliyin cavanlaşmasına və artmasına səbəb olur.
Radikulitin yaranmasına bunlar da təsir edir:
İnfeksiyalar (qrip, difteriya, angina, revmatizm, malyariya, brusellyoz)
Müxtəlif intoksikasiyalar
Onurğanın müxtəlif patoloji dəyişikliklərində
Mübadilə pozğunluqları (artıq çəki)
Ağırlıq qaldırma
Stress
Hamilə xanımlarda çəkinin kəskin artması
Boyun radikuliti- onurğa beyninin boyun şöbəsində çıxan sinir kökcüklərinin iltihabı nəticəsində baş verən, boyun, çiyin və baş ağrıları və qolun keyiməsi ilə müşayiət edilən patologiyadır. Onurğanın boyun şöbəsi 7 fəqərədən ibarətdir, ən çox prosesə 4-5-6-cı fəqərələrdən çıxan sinir kökləri məruz qalır. Xəstəlik çiyin və yuxarı ətraflara irradiasiya edən kəskin kəsici ağrılar, ənsə və gicgah nahiyəsində intensiv baş ağrıları, başgicəllənmə, boyun əzələlərinin gərgin və ağrılı olması, boyun-çiyin və yuxarı ətrafların keyləşməsi, “qarışqa gəzməsi” hissinin əmələ gəlməsi, yuxarı ətraflarda hərəkət və əzələ gücünün zəifləməsi ilə özünü büruzə verir. Eyni zamanda xəstələrdə ümumi zəifləmə, halsızlıq, bədən temperaturunun yüksəlməsi, ürəkbulanma da qeyd edilir. Bəzən başgicəllənmə, eşitmənin zəifləməsi, müvazinət pozğunluqları da (səndələmə) müşahidə olunur…