Şou 01.03.2020 19:00

Modelyerdən şok açıqlama: “Xəyanətlərin sayı çox olub” - FOTO

Məşhur modelyer, “A Glamour” Moda Evinin rəhbəri Afaq İsmayılzadə boşandığı polkovnik ərindən danışıb.

Rakus.az xəbər verir ki, modelyer yaxın rəfiqəsi, iş xanımı Ruhi Əliyevanın sahibi olduğu “news24” saytına müsahibə verib. O, müsahibədə bir çox mətləblərə toxunub. Xüsusən də ailə həyatı mövzusunda suallara cavab verən Afaq İsmayılzadə keçmiş ərini xəyanətdə ittiham edib. O bildirib ki, gözləmədiyi, ağlına belə gəlməyən bir zərbə alıb:

“Həyatımda həmişə yasaqlar, qadağalar olub. Mən də həmişə bunları nəzərə almışam. Amma son vaxtlar yoldaşımla anlaşa bilmədik. Ayrılmağa qərar verdik. 23 illik birgəliyimizə son verdik. İnanın ki, niyə belə oldu, heç özüm də bilmirəm. Hər mübahisədən, hər dartışmadan yığılan qırğınlıqlar, umu-küsülər yığıldı-yığıldı, axırı da belə oldu. Səbəbsiz, əlbəttə ki, heç nə olmur. Bir insanın qəlbini dəfələrlə sındırmaq olmaz. Qadını dözür, səbr edir deyə onu bu qədər üzməzlər. İnanmıram ki, hansısa qadın mənim yaşadıqlarıma illərlə dözərdi. Hər zaman bağışlayıb ömrünün sonuna qədər belə yaşayardı. Özümü çox güclü qadın hesab edirdim və bu gün də elə sayıram. Amma görürsünüz ki, yaşantıların ağırlığı sona qədər dözüm göstərməyimə imkan vermədi”.

A.İsmayılzadə bildirib ki, ömrünü paylaşdığı adamın onu yarı yolda buraxacağına heç zaman inanmayıb:  

“Belə olacağını nə o, nə mən  gözləmirdik. Çünki bizim birgə başqa planlarımız var idi. Amma oldu… Həyat… Elə bil illərlə zərrə-zərrə qurduqlarım bir məqamda heç olub getdi. Daşını, kərpicini üst-üstə qoyub qurduğun evin başına yıxılır. O qədər güclü olmalı və özünə inanmalısan ki,  bunu dəf edə biləsən. Mən heç bir zaman özümə inamı itirmədim. Sadəcə, düşünürəm ki, bu belə olmamalı idi, oldusa, deməli, Allah belə istəyib. Bir şeyi dəqiq bilirəm ki, mən yoluma davam etməliyəm. Övladlarım var və dayanmağa, həvəsdən düşməyə, yorulmağa ixtiyarım yoxdur”.

O, daha sonra keçmiş həyat yoldaşının ona bir neçə dəfə xəyanət etdiyini deyib:

“Xəyanətlərin sayı çox olub. Birinci dəfə bunu çox çətin keçdim. Amma sonralar özümü toplayacağıma söz verdim və özlüyümdə dedim ki, bununla bağlı qərar verəcəyəm. Bu onun səhvi və ən zəif tərəfidir. Mən o zaman düşündüm ki, çalışıb ona dost, övladlarının atası kimi hörmət edəcəm. İllərlə bu fikirlə ailəmi qorudum, amma daha dözə bilmədiyimi anladım… İlk xəyanətlə çox gənc yaşlarımda, daha dəqiq evliliyimizin bir ilindən sonra üzləşdim. Bunu bəlkə də heç ən yaxın rəfiqəm belə bilmir. Məncə, insan hər yerdə ailə problemləri haqda danışmamalıdır, çünki bu, həmin insana yüngüllük gətirməyəcək. Mən bunun ən ağır və çətin formasanı yaşadım. Çox insanlar boşanandan sonra dost olmağı bacarırlar, amma bizdə vəziyyət fərqliydi. Həyat yoldaşım xalam oğludur. Qohum olduğumuza görə ayrılmağımız çox çətin oldu. Amma nəticədə qırılan xəyallarımı, arzularımı, ürəyimi üç övladımla ovuduram. Hər zaman xanımlara deyirəm ki, heç bir zaman ümidinizi itirməyin, sevdiyiniz işlə özünüzü inkişaf etdirin”.

Xatırladaq ki, Afaq İsmayılzadənin boşanması haqda ilk məlumatı keçən ilin iyulunda Axşam.az yaymışdı. Xəbərdə bildirilirdi ki, tərəflərin boşanmasına səbəb o qədər güclü olub ki, onlar şəhərin mərkəzində, hər kəsin gözü önündə böyük mübahisə yaşayıb, hətta bu mübahisə sonda Afaq İsmayılzadənin döyülməsi ilə nəticələnib. Afaq İsmayılzadə daha öncə mətbuata açıqlamasında həyat yoldaşının polkovnik-leytenant rütbəsi daşıdığını bildirmişdi. A.İsmayılzadənin bu evlilikdən iki qızı, bir oğlu var.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO