Rakus.az xəbər verir ki, aktyor sosial media səhifəsində fotosunu paylaşaraq yayıb:
“Maraqlanan, narahat olan hamıya minnətdaram. Təhlükəsizlikdəyəm, sağlam və xoşbəxtəm. Məndən nigaran qalmayın, karantində deyiləm. Hamının sağlam və təhlükəsizlikdə olmasını ümid edirəm”.
Xatırladaq ki, sənətçinin bir neçə həmkarı ilə birlikdə Honkonqda iştirak etdiyi tədbirdə bir nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb. Bundan sonra aktyor və digərlərinin virusa yoluxmaları şübhəsi ilə karantinə alındıqları bildirilib.