Dünya 04.03.2020 02:23

DST rəhbəri koronovirusla bağlı xoş xəbər verdi

“Çində koronavirusa yeni yoluxmaların sayı azalmaqda davam edir. Ötən ilin sonunda epidemiyanın başladığı Çinlə müqayisədə digər ölkələrdə dünən 9 dəfə çox virusa yoluxma halı təsdiqlənib”.

Rakus.az xəbər verir ki, bu barədə Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Gebreyesus mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, son iki gündə Çində cəmi 206 yeni yoluxma halı təsdiqlənib. Bunlardan yalnız 8-i yeni koronavirusun baş qaldırdığı Xubey əyalətinin hüdudlarından kənardadır.

Dünyada isə virusun yayılma coğrafiyası genişlənir: bazar ertəsinə olan məlumata görə 61 ölkədə 8739 yoluxma halı qeydə alınıb, 127 nəfər bu virusun qurbanı olub. “Daha təhlükəli vəziyyət Cənubi Koreya, İtaliya, İran və Yaponiyada cərəyan edir”, – deyə Tedros Gebreyesus vurğulayıb.

Cənubi Koreyada yoluxma hallarının sayı 4200-ə çatıb, 22 nəfər bu xəstəlik nəticəsində ölüb. Lakin bütün yoluxma hallarının beş rayonda cəmlənməsi faktı həkimlərdə nikbinlik əmələ gətirir. Virusun ölkənin digər hissələrinə yayılması məhdudlaşdırılıb. “Bu, çox mühümdür. Bu, o deməkdir ki, epidemioloji tədbirlər uğurla nəticələnir. Epidemiya barədə dəqiq göstəricilər – xəstəlik üzərində qələbəyə doğru ilk addımdır”, – deyə DST rəhbəri bildirib.

T.Gebreyesus bildirib ki, tibb ictimaiyyəti unikal vəziyyətlə qarşı-qarşıyadır: bir insandan digər insana keçən respirator infeksiyaları saxlamaq mümkün deyil. “Əgər söhbət qrip epidemiyasından getsəydi, o zaman qrip bütün Yer kürəsini caynağına keçirər və heç bir səylər onun yayılmasını dayandırmağa kömək etməzdi. Lakin yeni koronavirusu dayandırmaq mümkündür. Bütün dünya ölkələri bu hədəfi öz prioritetlərinin sırasına daxil etməlidirlər”, – deyə doktor Tedros hesab edir.

DST əvvəlki kimi COVID-2019-u pandemiya adlandırmağa hazır deyil: 88913 yoluxma halı, bunların da 90 faizinin Çinin bir əyalətinin payına düşməsi pandemiyanın meyarlarına müvafiq deyil. 130 ölkədə hələ ki, koronavirusa bir yoluxma halı belə qeydə alınmayıb.

Bununla yanaşı, BMT və digər beynəlxalq təşkilatlar infeksiyanın yayılma ehtimalını məhdudlaşdırmaqdan ötrü profilaktika məqsədi ilə müxtəlif kütləvi tədbirlərin keçirilməsi formatına yenidən baxırlar. Məsələn, BMT-də hər il keçirilə ən iri tədbir – Qadınların Vəziyyəti üzrə Komissiyanın adətən minlərlə nümayəndənin qatıldığı iclası məhdud formatda, təşkilata üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə keçiriləcək. Komissiyanın iclası çərçivəsində nəzərdə tutulan tədbirlər ləğv edilib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS