Ərdəbilə Novruz səyahəti qadağan olundu
İran Azərbaycanının Ərdəbil vilayətinin valisi Əkbər Behanmcu Novruz bayramı tətillərində vilayətə səyahətlərin qadağan ediləcəyini bildirib.
Rakus.az xəbər verir ki, Ərdəbil valiliyinin rəsmi saytının məlumatına görə, vali koronavirusla bağlı vilayətin bütün turistik və əyləncə yerləri, habelə bütün hotellərin bağlı olacağını deyib. “Heç bir şəkildə Gilan və Şərqi Azərbaycandan vilayətə müsafir qəbul edilməyəcək”, – vali söyləyib.
Ərdəbil valisi bu tədbirlərin nə zamana qədər davam edəcəyi barədə məlumat verməyib, ancaq koronavirusun yayılmasının qarşısını almaq üçün xalqın vacib tədbirləri diqqətə aldığı təqdirdə gələcək həftələrdə yoluxma hallarının azalacağına ümidini ifadə edib.
Behnamcu Ərdəbildə dezinfeksiya və yuyucu məhsulların yetərsiz olduğunu, ancaq bu problemin tezliklə həll olunacağını vəd edib.