Putin və Ərdoğan mətbuata açıqlama verdilər
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidentləri Rəcəb Tayyib Ərdoğanın 6 saat çəkən görüşü başa çatdıqdan sonra mətbuata açıqlama veriblər.
Rakus.az xəbər verir ki, Putin çıxışında türkiyəli həmkarına təşəkkür edərək, Suriyada baş verən proseslərin həssas xarakter daşıdığını bildirib. O, İdlibdə baş verən hadisələr zamanı türk əsgərlərinin şəhid olmasına görə başsağlığı verib, Soçi anlaşmasının əhəmiyyətinə diqqət çəkib.
V.Putin əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyib: “Rusiya və Türkiyə Suriya probleminin nizamlanması üçün birgə sənədi razılaşdırıb. Rusiya və Türkiyə Astana razılaşmasını və terrorçularla mübarizəni davam etdirməlidir”.
Türkiyə Prezidenti R.T.Ərdoğan isə çıxışında deyib ki, 6 saatlıq görüş zamanı Suriya məsələsini ətraflı şəkildə müzakirə etdiklərini, görüşün müsbət keçdiyini vurğulayıb. O, İdliblə bağlı atılan addımların bölgədəki problemin həllinə yardımçı olcağına ümid bəslədiyini, bu gecədən etibarən atəşkəsin qüvvəyə minəcəyini və bunun davamlı olması üçün hər iki tərəf əlindən gələni edəcəklərini diqqətə çatdırıb: “Qaçqınlara yardım göstərilməsi üçün birlikdə çalışacaq, onların geri qaytarılmasına yardım göstərəcəyik”.
Onun sözlərinə görə, Türkiyə bu müddətdə rejimin törədə biləcəyi təxribata qarşı bütün tədbirlər görüləcək və Türkiyə bu haqqı özündə saxlayır.
R.T.Ərdoğan Cenevrə görüşündə əldə olunan razılaşmaya sadiq qaldığını, problemin həllinin yalnız sülh olduğunu bir daha vurğuladı.
Sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu əldə olunan razılaşma sənədinin mətnini oxudular.