Hadisə 08.03.2020 17:29

“Heç bir qadın saxlanılmayıb” – DİN

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməs ilə bağlı “Report”un suallarını cavablandırıb. 

Rakus.az E.Zahidovla sual-cavabı təqdim edir:

– Bu gün bir qrup qadın şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərdi. Lakin polis buna imkan vermədi. Bu zaman yürüş iştirakçılarından saxlanılanlar oldumu? 

– Özlərini feminist adlandıran həmin qadınların şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi. Çünki onlara aksiyanı keçirmək üçün uyğun yer təklif edilmişdi. Lakin onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçmişdilər. Bu da digər insanların hüquqlarının pozulmasına gətirib çıxara bilərdi.

Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.

Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar.

– Onların arasında qadınlar da var idi? 

– Xeyr. Polis əməkdaşları əsl azərbaycanlı kişiyə xas olaraq Beynəlxalq Qadınlar bayramının, eləcə də ləyaqətli Azərbaycan xanımlarının xatirinə qanunsuz aksiyaya cəhd edən qadınlardan hər hansı birini nəinki saxlamadı, hətta onlardan bəzilərinin aqressiv davranışlarına oz təmkinli hərəkətləri ilə cavab verdi.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS