Gözəllik müsabiqəsi keçirildi

Alina Sanko “Miss Rusiya 2019” gözəllik müsabiqəsinin qalibi seçilib.
Rakus.az xəbər verir ki, , Rostov vilayətinin sakini, 20 yaşlı Alina Sanko Rusiya gözəli seçilib. Müsabiqənin finalı aprelin 13-də Moskva vilayətindəki “Barvixa Luxury Village” konsert zalında keçirilib.
Müsabiqədə birinci vitse-miss titulunu Yekaterinburqdan olan Arina Verina, ikinci vitse-miss adını isə Tatarstan sakini Ralina Arabova qazanıblar.
İstedadlar, milli geyimlər, “Nə? Harada? Nə vaxt?” yarışlarından ibarət müsabiqə Rusiya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə geçirilir. Qalibə ağ qızıldan hazırlanmış tac və 3 milyon rubl məbləğində mükafat təqdim olunub. Final mərhələsinin qalibləri Rusiyanı “Dünya gözəli” və “Kainat gözəli” müsabiqələrində təmsil etmək hüququ qazanırlar.