Bunları bilirsinizmi?
Çiyin ağrısı ən çox rast gəlinən şikayətlərdən sayılır.
Rakus.az xəbər verir ki, bütün yaşlarda rast gəlinən bu ağrılar bir çox səbəblərlə bağlı ola bilər. Çiyin ağrıları xalq arasında ən çox əzələ, oynaqlarda yaranan “duzlaşma” problemləri ilə əlaqələndirilir.
Amma mütəxəssislərə görə, bu, bir çox səbəblərdən qaynaqlana bilər. Hətta ürəkdə problem olduğu zaman çiyinə ağrının yayılması mümkündür. Amma hesab olunur ki, bu ağrılar ən çox çiyin travmaları ilə əlaqədar ortaya çıxır.
Çiyin travmalarına adətən, yıxılma zamanı zərbələrdən, sərt əşya ilə toqquşmadan, çiyinin üzərinə ağırlıqların düşməsindən, son dərəcə ağır idman yüklərindən sonra rast gəlinir.
Çiyin travması zamanı həm yumşaq toxumalar, həm də sümüklər zədələnə bilər. Çiyin travması müalicə olunmazsa, vaxt keçdikdən sonra çiyin qurşağının əzələləri travmaya məruz qalmış strukturları işə salmadan işləməyi öyrənir. Bu, hərəkətlərin patoloji stereotipinin yaranmasına gətirir və bunun nəticəsində çiyin strukturlarının qidalanması pozulur. Çiyin travmaları zamanı çiyində ağrı, çiyin oynağında hərəkətlərin məhdudluğu, dirsəkdə, boyunda ağrılar, yumşaq toxumaların ödemi (şişkinlik) kimi əlamətlərə rast gəlinir.
Çiyin ağrılarının müalicəsi səbəbə bağlı qoyulan diaqnoza görə icra olunur.