Dünyada 800 milyon insan əziyyət çəkəcək
ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Rutgers Universitetinin tədqiqatçıları 1,2 milyard insanın yaşadığı əraziləri dəhşətli istilərin əhatə edəcəyini açıqlayıb.
Rakus.az xəbər verir ki, istixana qaz tullantıları səbəbindən həddindən artıq istilik və rütubətin baş verəcəyi bildirilir.
Tədqiqat nəticəsində müəyyən edilib ki, ekstremal hava şəraiti sənayeləşmədən əvvəlki dövrə nisbətən qlobal istiliyinin 1,5 dərəcə artacağı təqdirdə 500 milyon insanın yaşadığı bölgələrə təsir edəcək.
Artım 2 dərəcəyə çatarsa, 800 milyon insan həddindən artıq istilikdən əziyyət çəkəcək.
2100-cü ildə isə temperaturun 3 dərəcəyə qədər yüksələ biləcəyi qeyd edilib. Bu zaman 1,2 milyard insan ekstremal hava şəraitinin təsirinə məruz qalacaq.
Tədqiqatçılar eyni zamanda qlobal istiləşmənin təsirlərini də vurğulayaraq, dünyanın indi 19-cu əsrin sonlarına nisbətən 1,2 dərəcə isti olduğuna da xüsusi diqqət çəkiblər.