Merkel almanları vətəndaş həmrəyliyinə çağırdı
“Mən insanların məni anlayacağına ümid edirəm. Şagirdlər bir-biri ilə digər yerlərdə də görüşəcəksə, məktəbləri bağlamaq faydasızdır”.
Rakus.az xəbər verir ki, AFR-in federal kansleri Angela Merkel bəzi əyləncə müəssisələrinin qapılarını müştərilərin, o cümlədən məktəb yaşında olanların üzünə açıq saxlamasından hiddətlənərək narazılığını ürəkağrısı ilə məhz belə ifadə edib.
Kansler vətəndaşları evdə oturmağa və kəskin ehtiyac olmadan heç bir yerə getməməyə çağırıb. O, almanları vətəndaş həmrəyliyə, şüurlu davranışa, koronavirusun yayılmasının qarşısını almaqda yardımçı olmağa səsləyib. Elan olunmuş məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi federal torpaqların və kommunaların üzərinə düşür.
Bununla yanaşı, Merkel nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə “ciddi nəzarət olunacağı” barədə də xəbərdarlıq edib.