Dünya dəyişikliklərin astanasındadır – Ərdoğan
Qərb ölkələrinin koronavirus pandemiyasına hazır olmamaları aşkarlandı, dünya siyasi və iqtisadi dəyişikliklərin astanasında dayanıb.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Qərb ölkələri epidemiyadan zərər çəkənləri taleyin ixtiyarına buraxdı, özlərini “kim bacaracaq, qoy sağ qalsın” prinsipi ilə aparırlar. Orada illərlə öz vətəndaşlarının qayğısına qalmırdılar, dövlətin baza xidmətləri özəl sektora verilmişdi. İndi Avropa ölkələri onları milliləşdirməyə başlayıb”, – Ankaradakı mətbuat konfransında Ərdoğan deyib.
“Biz qlobal iqtisadi, siyasi, yerli dəyişikliklərin və ictimai quruluşun yeni dövrünə daxil oluruq”, – Türkiyə lideri əlavə edib.
Dövlət başçısı xatırladıb ki, daha əvvəl epidemiyalar yalnız ağır nəticələrə səbəb olmurdu, həm də ciddi siyasi və iqtisadi dəyişikliklərə gətirib çıxarırdı. (report.az)