Bunları bilirsinizmi?

Kişilərdə və qadınlarda sidik qaçırma çox önəmli problemlərdən biri olub, fərqli səbəblərdən yarana bilir.
Rakus.az xəbər verir ki, kişilərdə sidik qaçırma səbəblərindən biri prostatit və prostat adenoması xəstəliyidir.
Həkimlərin fikrinə görə, yaş artdıqca kişilərdə də qadınlardakı kimi sidik qaçırma ehtimalı artır və daha çox prostat böyüməsi ilə bağlı olur.
Kişilər qadınlara nisbətdə sidik qaçırma ilə üzləşdiklərində daha çox narahatçılıq keçirdib həkimə müraciət edirlər. Prostat böyüyərək sidik kisəsini sıxır sidik ifrazını çətinləşdirdiyi üçün sidik tam boşala bilmədiyindən əzələdə dəyişiklik baş verir. Müalicə edilmədikdə, getdikcə uzunmüddətli sidik qaçırma vəziyyəti yaranır. Bəzən prostat əməliyyatlarından sonra da sidik xəstələrdə qaçırma şikayəti yarana bilir. Ancaq bu daha çox radikal prostat (prostat xərçəngi ) əməliyyatı keçirən xəstələrdə müşahidə oluna bilər. Radikal prostektomiya əməliyyatında geridə xərçəng toxumaları buraxmamaq məqsədilə prostat bütünlüklə götürüldüyü üçün sidiyi saxlayan əzələlər boşaldığından və ya xəstənin anatomik quruluşundan sidik qaçırma problemi bəzi xəstələrdə görünə bilinir. Xəstələr bilməlidir ki, xoşxassəli prostat adenoması əməliyyatından sonra qalıcı sidik qaçırma nisbəti sıfıra yaxındır…
Prostat böyüməsi olmadıqda belə yaşla bağlı olaraq sidik qaçırma şikayəti ola bilər. Zamanında uroloji müayinələrdən keçdikdə narahatlığın qarşısını almaq olar.
Nevroloji problemlər, stress, şəkərli diabet də sidik qaçırma şikayətinə səbəb ola bilir. Sidik qaçırma bəzi hallarda öskürərkən, asqırarkən belə, baş verir.