Dünya 15.04.2019 12:17

“Erməni soyqırımı” qərarları ikili standartdır – TƏHLİL

Birinci dəfə deyil ki, qondarma “erməni soyqırımı” ilə bağlı parlamentlər və dövlətlər səviyyəsində hansısa sənədlər qəbul olunur. Əslində, bunlara ən gözəl cavabı elə bu günlərdə  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verdi.

Təəssüf ki, bunlar hamısı siyasiləşmiş müxtəlif lobbilərin həmin hökumətlərə, həmin hakimiyyətlərə təsir imkanlarını açıq şəkildə göstərən bir faktdır. Bu baxımdan, bunlar birinci dəfə deyil, yəqin ki, axırıncı dəfə də olmayacaq.

Rakus.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı Emmanuel Makronun və ATƏT-in Minsk qrupunun əsas üzvlərindəm olan İtaliyanın ali qanunverici orqanının uydurma və qondarma “ermənim soyqırımı”nın tanınması ilə bağlı qərarlarına və onların Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

“Bunu bilməliyik ki, bu istiqamətdə hansısa qərarların, sənədlərin qəbulu mövcuddursa, bu, ümumi beynəlxalq birlik tərəfindən qəbul olunmuş qanun və qaydalara ziddir.

Bunların özü bir daha göstərir ki, nə dərəcədə ikili standartlar, ikili yanaşmalar mövcuddur, bu, siyasiləşmiş lobbilər nə dərəcədə böyük təsir imkanlarına malikdir”, – deyən S.Seyidov bu yerdə xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi hələ bir müddət öncə uydurma “erməni soyqırımı” ilə bağlı birmənalı qərar qəbul edərək, göstərmişdi ki, bu, tarixi araşdırmlara ehtiyacı olan bir məsələdir.

“Eyni zamanda, onu da qeyd etmişdi ki, bu, heç cür dövlətlərarası, yaxud parlamentlərdə hansısa bir qanun, qərar səviyyəsinə qaldırıla bilməz.

Bunlar, təbii ki, bir tərəfdən təəssüf doğuran hallardır, ikinci bir tərəfdən bizim üçün bəzi məsələlərlə bağlı aydın olur ki, Avropanın içərisində və dünyanın özündə ikili standartlar var və davam edir.

Elə bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasından qayıtmışıq. Orada da bu məsələlərlə, ikili standartlarla rastlaşmışdıq.

Bir tərəfdən beynəlxalq qanunlardan danışırlar, digər tərəfdən ikili standartlarla hərəkət edirlər. Ancaq bununla belə, Azərbaycanın bu gün mövqeyi kifayət qədər güclüdür və o, hər bir məsələdən məlumatlıdır.

Ümumiyyətlə, ikili standartlar içərisində mövcud olan siyasətdə mövqeyin nə qədər güclü olsa, həmçinin, nə qədər tutarlı cavab vermək qabiliyyətinə malik olsan, bir o qədər xeyirlidir.

Beynəlxalq hüquq işləmədiyi yerdə gündəmə gələn ən başlıca amil gücdür, qüdrətdir və təsir imkanlarıdır. Biz də bu istiqamətdə işlərimizi davam etdirməliyik və etdiririk”, deyə S.Seyidov əlavə edib. (Oxu.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO