BƏƏ turizm obyektlərinin fəaliyyəti dayandırıldı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti COVID-19 yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün turizm şirkətlərinə təlimat göndərib.
Rakus.az xəbər verir ki, təlimatda bütün kruizlər, səhra düşərgələri, safari və üzən restoranların qadağan edildiyi bildirilir.
Departamentin məlumatında qeyd olunur ki, təlimat dərhal qüvvəyə minir və növbəti göstəriş verilənə qədər ona əməl olunmalıdır. Həmçinin bildirilir ki, BƏƏ-nin bütün sakinlərinin, turistlərin və sektorun əməkdaşlarının sağlamlığını və təhlükəsizlini təmin etmək məqsədilə sənədin icrasına nəzarəti xüsusi müfəttiş qrupu həyata keçirəcək.
“Bütün turizm operatorları bu qadağaya ciddi şəkildə əməl etməlidir. Təlimatın şərtlərinin pozulması qeydə alındıqda isə şirkətlərə cərimələr tətbiq ediləcək”, – məlumatda vurğulanır.