Dünya 25.03.2020 17:32

İnsanda iy və dadbilmə hissi itir – koronavirusun yeni əlaməti

Son bir neçə ayda dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyasının əsas simptomlarından biri də iy və dad hissinin itməsidir.

Rakus.az xəbər verir ki, bu barədə Fransanın səhiyyə baş direktoru Jerom Salomon məlumat verib. O bildirib ki, bu, ixtisaslaşmış həkimlər tərəfindən son günlərdə müəyyən edilib. Burun tutulması olmadan iy və dad hissinin itirilməsi koronavirusa yoluxmanın əlamətidir.

“ORL Fransa” şirkəti, eləcə də bir çox fransız ORL və infeksiya mütəxəssisi burun tutulması olmadan, bu qəfil iy və dadbilmə hissinin yoxa çıxmasını COVID-19 virusundan şübhələnilən və ya yoluxma təsdiqlənən xəstələrin əksəriyyətində müşahidə etdiklərini bildiriblər. Qeyd edilib ki, digər simptomlar olmayan, ancaq iy və dadbilmə hissini itirmiş insanlar təcrid edilməlidir. “Yoluxanların hamısı iy və dad hissini itirmirlər, ancaq səbəbsiz və iltihabsız bütün iy və dad hissini itirənlər COVİD-19 virusu daşıyıcılarıdır”, – deyə ORL mütəxəssisləri Milli Şurasının prezidenti Jan -Mişel Klain söyləyib.

Göstərilib ki, iy və dad hissini itirənlər əsasən gənc nəslə – 23 və 45 yaş arasına aiddir.

COVID-19 virusuna yoluxanların üçdəikisində bu əlamətin bir neçə gün davam etdiyi diqqətə çatdırılıb. Belə hallarda özbaşına müalicə qəbul edilməzdir və insanlar həkimə getməlidirlər.

Xatırladaq ki, həkimlər indiyədək temperatur, öskürək, ishal (diareya) və ya ürək bulanması, nəfəs almağın çətinləşməsi və ya boğulma, eləcə də yorğunluq hissinin olmasını COVID-19 virusunun əsas əlamətləri olduğunu bildirirdilər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO