Rüfət Axundov efiri tərk etdi
Rüfət Axundov bizim canlı yayımdan qovulmayıb.
Rakus.az xəbər verir ki, bu sözləri “Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyev (Tolik) deyib.
O bildirib ki, Rüfət Axundov verilişdə bəzi məsələlərə əsəbiləşib deyə efiri tərk edib:
“Efirdə Rəşad İlyasovla canlı bağlantı oldu. Rəşad bəzi məsələrə aydınlıq gətirmədi deyə Rüfət əsəbiləşdi. Daha sonra Rüfət Axundov canlı oxudu. O oxuyan zaman reklam fasiləsinə keçiməli idi. Bizdə qayda-qanun var ki, reklama vaxtı olanda kim olur olsun reklama bağlanılır. Rüfət də canlı oxuyurdu deyə, redaktor dəqiqəni hesablaya bilmədi ki, hansı dəqiqədə mahnını bitirsin. Yəni “Xəzər”dən heç kim qovulmayıb”.
Tarix Əliyev Rüfət Axundova efir qadağası olmadığını və rəhbərliyin də onun qonaq qismində iştirak edəcəyindən xəbərdar olduğunu deyib:
“Rüfət Axundovun efir qadağası yoxdur. Şəxsən MTRŞ sədri Nuşirəvan müəllimin açıqlamasını oxudum ki, Rüfətin qadağası yoxdur. Yalnız tövsiyə edilmişdi ki, efirlərə çağırılmasın. Veriliş bitəndən sonra kanal rəhbərinin yanında oldum. Rüfət Axundovun efirə çıxmasından rəhbərliyin xəbərsiz olması barədə kanalın sözçüsü Aqşin Kamalın verdiyi açıqlama təkzib olunub”.
Xatırladaq ki, bu gün müğənni Rüfət Axundovun Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişindən qovulması ilə bağlı məlumat yayılmışdı.(kult.az)