Hollivud ulduzları Ancelina Coli və Bred Pitt yetkin olmayan uşaqları ilə bağlı yeni qərar veriblər.
Rakus.az xəbər verir ki, keçmiş ulduz cütlük uşaqlarının ənənəvi məktəbə getmələri haqqında razılığa gəliblər.
Xatırladaq ki, Coli və Pittin 18 yaşlı böyük övladları Meddoks bu qərardan kənarda qalıb. Başqa sözlə, qərar yerdə qalan uşaqlara – Maksa (16 yaş), Zaharaya (15), Şayloya (13), əkizlər Vivyen və Noksa (11) aiddir.
On dörd il birlikdə yaşamış cütlüyün övladları bu günə qədər evdə təhsil alırdılar.