Dünya 11.04.2020 21:00

Dünyada nə qədər varlı insan var və harada yaşayırlar? - FOTO

“Forbes” dərgisinin dünyanın ən varlı insanları ilə bağlı hazırladığı 2020-ci il siyahısına 2095 milyarder daxil olub.

Rakus.az xəbər verir ki, onlardan 552-si isə 10 şəhərdə yaşayır. Ən çox milyarderin yaşadığı şəhərlər sırasında isə son on ildə Nyu-York birincidir.

“Forbes” milyarderlərin yaşadıqları şəhərlərin siyahısını təqdim edib.

Nyu-Yorkun ən varlı sakini keçmiş mer “Bloomberg LP”nin yaradıcısı Maykl Blumberqdir. Onun var-dövləti 48 milyard dollar dəyərindədir. Maykl ABŞ-da prezident seçkiləri zamanı namizədliyini irəli sürmüş və bunun üçün 1 milyard dollar xərcləmişdi.

Nyu-Yorkun varlı sakinləri sırasında ifaçı Jay-Z və “Koch Industries”in sahibinin dul arvadı Culiya Koh da yer alıb. Nyu-Yorkda yaşayan milyarderlərin var-dövlətinin birlikdə miqdarı 424 milyard dollar dəyərindədir. Ötən illə müqayisədə bu rəqəm 45,7 milyard dollar azalıb.

Siyahıda ən çox milyarderlərin yaşadığı ikinci ölkə Çindir. Honkonq Nyu-Yorkdan sonra ikincidir. Pekin və Şanxay isə dördüncü və altıncı yerdədir. Şencen isə yeddinci yerdə dayanır. Ölkədə yaşayan milyarderlərin var-dövləti 228 milyard dollardır.

Bu il varlılar şəhəri siyahısına Sinqapur da daxil olub. Ötən il şəhərdə milyarderlərin sayı 10 dəfə artıb. Sinqapurun milyarderləri siyahısına Forrest Li və Qan E daxil olub. Ötən il Sinqapurda 22, bu il isə 31 milyarder yaşayır. Onların var-dövlətinin ümumi dəyəri 95,3 milyard dollardır. Ən varlı sakin isə Çan Yundur. Onun var-dövləti 11 milyard dollardır. O, “Haidilao” restoranlar şəbəkəsinin sahibidir.

Siyahıda üçüncü Moskva şəhəridir. Burada 70 varlı biznesmen yaşayır. Onlardan birincisi Vladimir Potanindir ki, onun var-dövləti 19,7 milyard dollardır.

London isə ən çox varlının yaşadığı siyahıda beşincidir. Buradakı milyarderlərin sahib olduqları ümumilikdə 212,7 milyard dollardır. Ən varlı sakin isə var-dövləti 17 milyard dollar olan Len Blavatnikdir.

Siyahıda səkkizinci yerdə Mumbay dayanır. Buranın ən varlı sakini Mukeş Ambanidir. Onun 36,8 milyard dəyərində var-dövləti var. Ümumilikdə, Mumbay milyarderlərinin sahib olduqları 149,3 milyard dollardır.

Doqquzuncu yerdə San-Fransiskodur. 37 milyarderin yaşadığı şəhərin ən varlısı Dastin Moskovisdir. Onun 9,3 milyard dollar dəyərində mülkü var. Ümumilikdə isə buradakı varlıların 90,7 milyard dollar dəyərində var-dövləti var.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS