Ərdoğan buraxmadı, Soylu ərizəsini geri götürdü – YENİLƏNDİ
Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsində qalacaq.
Rakus.az xəbər verir ki, bunu nazir özü deyib.
“Dövlət və millət uğrunda atılan addımlarda çatışmazlığımızın bu iki iradə tərəfindən insanlıq durumu olaraq qəbul edilərək, səhvlərimizi düzəltmə haqqının verilməsi məsuliyyətimizi artırıb. Millətə xidmətə davam edirik”,- o vurğulayıb.
Xatırladaq ki, S.Soylu ötən gün axşam saatlarında istefa verdiyini açıqlamışdı
09:53
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun istefası qəbul edilməyib.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsi xəbər yayıb.
Verilən rəsmi açıqlamada Süleyman Soylunun müxtəlif situasiyalarda doğru qərarlar verərək millətə və ölkəyə çox yararlı bir məmur olduğu vurğulanıb.
Koronavirus pandemiyasının dünyada yayılması fonunda Soylunun ölkədə prosesləri yaxşı idarə etdiyinin vurğulandığı açıqlamada qeyd olunub ki, daxili işlər naziri istefasını ölkə başçısına təqdim etsə də, prezident bunu qəbul etməyib və onun işinə davam etməsini istəyib.