Röya Ayxana TELE-CƏZA veriləcəkmi - VİDEO
Son günlər müxtəlif televiziya efirində qeyri-etik ifadələr işlədən müğənnilərin qalmaqalı səngimək bilmir.
Rakus.az xəbər verir ki, əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovdan sonra daha bir məşhurun qeyri-etik ifadə işlətdiyi kadrlar yayılıb.
Belə ki, əməkdar artist Röya Ayxan “Zaurla Günaydın” proqramında qonaq olan zaman onun aparıcı Günay Baxşəliyevanın qulağına dediyi sözlər efirə gedib. Sənətçi bunu pıçıltı ilə desə də, mikrofonunun səsi yüksəldilib və tamaşaçılar tərəfindən eşidilib.
Hadisə aylar əvvəl yaşansa da onun videosu son günlər yayılıb. Bir çoxları isə videonu paylaşaraq, “Bəs, Röya niyə cəza almadı” şərhini yazıblar.
Xatırladaq ki, “Space”in “Hər səhər” verilişində Rüfət mahnı oxuyarkən Rəşadla birlikdə söyüş işlətməsi səs rejissorunun günahı ucbatından efirə getmişdi. Həmin hadisəyə görə MTRŞ-ı kanal rəhbərliyini, ifaçıları, aparıcını və səs rejissorunu cəzalandırmışdı.