Dünya 17.04.2019 06:09

Dünya Putin-In görüşündən nə gözləyir – TƏHLİL - FOTO

Şimali Koreya lideri Kim Şen In iki ildən çox müddətdə beynəlxalq təcriddən çıxaraq bir sıra ölkələrin liderləri ilə görüşlər keçirib.

Rakus.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampla iki, Cənubi Koreya lideri Mun Caeinlə üç, Çin rəhbəri Şi Tsinpinlə isə dörd dəfə görüşüb. Onun Vyetnam Prezidenti Nquyen Fu Çonqla bir görüşü olub.

Təəccüblü görünsə də, Şimali Koreya liderinin görüşdüyü dövlət başçıları arasında Rusiya prezidenti Vladimir Putinin adı yoxdur. Lakin bu vəziyyət bu yaxınlarda dəyişə bilər.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi artıq uzun zamandır Putin-Kim sammitinin keçiriləcəyi haqqında verilən məlumatları təsdiq edərək, zirvə görüşünə hazırlıqların getdiyini deyib. Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi sammitin gələn həftə keçirilə biləcəyi barədə məlumat verib.

Həm Pxenyan, həm də Moskvanın görüşün keçirilməsi üçün aydın motivləri var.

Beynəxalq sanksiyaların təsiri altına olan Kim Conq Un rejimi Putindən ABŞ-la nüvə danışıqlarında əlavə təsir mexanizmlərinin verilməsinə imkan verə biləcək iqtisadi yardım almağa çalışacaq.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Vyetnam paytaxtı Hanoyda görüş zamanı, 28 fevral, 2019.
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Vyetnam paytaxtı Hanoyda görüş zamanı, 28 fevral, 2019.

Putin bu görüşdən Şimali Koreyada nüfuzunun gücləndirilməsi və Moskvanın Pxenyanın nüvə proqramı ilə bağlı danışıqlardan kənarlaşdırılmamasını təmin etmək üçün istifadə edə bilər.

Putin qeyri-konsktuktiv rol oynayacaqmı?

Putinin hakimiyyəti altında Rusiya ABŞ-ın Ukraynadan Suriya və Venesulaya qədər bütün dünyada nüfuzunu salmağa çalışır.

Lakin Seulun Kookmin universitetinin professoru Andrey Lankovun fikrincə, Putinin Şimali Koreyanın ABŞ-la danışıqlarında destruktiv rol oynaya bilməsi gözlənilmir, çünki o, Pxenyana təsir göstərmək üçün kifayət qədər gücə malik deyil.

Moskva Koreyaya münasibətdə diqqətlə düşünülmüş balanslı mövqe tutur.

“Bu halda Rusiyanın maraqları ABŞ-ın maraqlarından bir o qədər fərqlənir. Hər iki tərəf status-kvonu saxlamağa və nüvəsizləşdirilməyə nail olmağa çalışır” – deyə, o bildirir.

Bununla yanaşı, Rusiya vacib ticarət partnyoru olan Cənubi Koreya ilə münasibətlərin pisləşməsini istəmir. Seul hökuməti isə Şimali Koreya ilə danışıqlara aktiv şəkildə cəlb olunub.

Moskva Koreyaya münasibətdə diqqtlə düşünülmüş balanslı mövqe tutur.

Sovet İttifaqının dağılmasından sonra Rusiya liderləri Şimali Koreya deyil, Cənubi Koreya ilə münasibətlərə prioritet kimi baxmağa başlayıb.

Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin

Lakin Rusiya-Şimali Koreya münasibətləri üzrə ekspert Entoni Rinna qeyd edir ki, 1990-cı illərin ortalarından Moskvanın mövqeyi həm Seul, həm də Pxenyana münasibətdə “eyniməsafəli” yanaşma prinsipinə əsaslanıb.

“Kreml Şərqi Asiyada soyuq müharibə dövründən sonra tənəzzülə uğramış nüfuzunu dirçəltməyə çalışır. Bunu etmək üçün Moskva Şimali Koreya ilə münasibətləri gücləndirməlidir” – deyə, o bildirir.

Moskva Pxenyana qarşı 2016-cı, 2017-ci illərdə nüvə sınaqlarına görə sanksiyaların sərtləşdirilməsini dəstəkləsə də, sonradan onların yumşaldılmasına çağırıb. Daha sonra Rusiya şirkətləri sanksiyaları pozaraq, Şimali Koreyaya neft çatdırıb.

Daha bir faktor isə ondan ibarətdir ki, Rusiya Şimali Koreyanı ABŞ-ın 28 mindən ibarət əsgəri qüvvəsinin olduğu Cənubi Koreya da daxil olmaqla regionda Amerikanın hərbi mövcudluğuna qarşı bufer hesab edir.

Şimali Koreya nə istəyir?

Kim Conq Unun da müxtəlif məqsədləri var. Burada əsas yerdə sanksiyaların təsirinin yüngülləşdirilməsi üçün iqtisadi yardımın alınması və Trampa təsir vasitələrinin artırılması kimi məsələlər durur.

Hanoyda fevral ayında keçirilən sammit zamanı Tramp Şimali Koreyanın sanksiyaların aradan qaldırılması müqabilində üzərinə nüvə silahlarından tam imtina etmək kimi öhdəlik götürəcəyi “böyük razılaşma”nın əldə edilməsinə çalışırdı. Şimali Koreya isə mərhələli yanaşmada israr edərək, ABŞ sanksiyalarının qismən yüngülləşdirilməsi müqabilində əsas nüvə obyektlərindən birinin sökülməsini təklif edirdi.

Şimali Koreya lideri Kim Conq Un Pxenyanda partlament qarşısında çıxış etdikdən sonra, 12 aprel, 2019.
Şimali Koreya lideri Kim Conq Un Pxenyanda partlament qarşısında çıxış etdikdən sonra, 12 aprel, 2019.

Putinlə görüşərək Kim Conq Un Trampa iqtisadi yardım almaq üçün başqa variantların olduğunu göstərmək istəyə bilər. Lakin hələlik Rusiyanın nə qədər yardım edə biləcəyi aydın deyil. Bunun bir səbəbi Rusiyanın özündə iqtisadi problemlər, daha bir səbəbi isə bu adımın beynəlxalq sanksiyaların pozulması olacağı ilə bağlıdır.

İqtisadi yardımla yanaşı Kim Conq Un həmçinin Putindən Şimali Koreyanın hücuma məruz qaldığı halda hərbi yardım haqda qarantiyalar, eləcə də BMT-də diplomatik dəstək istəyə bilər.

Ekspertlər hesab edir ki, hər bir halda Putinin Pxenyanın nüvə danışıqlarında hesablamarını dəyişdirmək üçün Şimali Koreyaya kifayət qədər təklif edəcəyi gözlənilmir.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO