Türkiyəli məşhur mafiya lideri Alaattin Çakıcı azadlığa buraxılıb.
Rakus.az xəbər verir ki, Ankara Sincan Həbsxanasından azadlığa buraxılan A.Çakıcını vəkilləri, ailəsi və yaxın dostları qarşılayıb.
A.Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən A.Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib.
Bəzi iddialara görə, Alaattin Çakıcı “Kurtlar Vadisi” teleserialının əsas personajlarından biri olan “Süleyman Çakır”ın prototipidir.