Netanyahunun işi qəlizləşdi
İsraildə Likud və Kaxol Lavan partiyalarının liderləri təyin edilən müddət ərzində milli birlik koalision hökumətinin qurulmasında razılığa gələ bilməyiblər.
Rakus.az xəbər verir ki, koalisiya hökumətinin qurulması ilə bağlı mandat ölkə parlamentindədir.
Aprelin 16-da gecə 3-dək davam edən 5 saatdan artıq Likudun lideri, fəaliyyətdə olan baş nazir Binyamin Netaniyahu ilə Kaxol Lavanın lideri, yeni parlamentin sədri Beni Qans arasında görüş nəticəsiz başa çatıb.
Razılaşdırılmayan məsələlərdən B.Netaniyahunun yenidən baş nazir postuna namizəd göstərilməsidir.
Aprelin 16-dan başlayaraq 21 gün ərzində partiyalar arasında razılıq əldə edilməzsə, o zaman hər bir deputat namizədliyinin dəstəklənməsi üçün parlamentin 61 üzvünün razılığını almalıdır. Bu baş verməzsə, parlament buraxılacaq və növbədənkənar seçkilər keçiriləcək.
Ancaq adları çəkilən partiyalar hökuməti qurmaq istiqamətində danışıqları davam etdirəcəklərini də bildiriblər.