Mədəni 18.04.2020 15:00

Əməkdar artist qızlarına hansı qadağaları qoyub? - FOTO - VİDEO

“Eşitmişəm ki, aktrisa xanım həmkarının paltarını kəsib, ayaqqabısının içinə şüşə atıb və nələr-nələr… Amma mənə qarşı heç nə edilməyib. Bəlkə də edilib, lakin hiss etməmişəm. Əksinə, dəstək görmüşəm”.

Rakus.az xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında Əməkdar artist Vəfa Zeynalova deyib.

Sənətçi yerli seriallar barədə fikirlərini də bildirib:

“Bəzi seriallarımız var ki, baxanda əsəb keçirirəm. Bunun ən başlıca səbəbi maliyyədir. Bu uşaqları belə serialları ərsəyə gətirirlərsə, çox böyük işlər görürlər. Film tarixdir, serial isə tarix deyil. O tarix isə bizdə yox dərəcəsindədir. Seriallar qazanc mənbəyidir və mənim üçün önəmli göstərici deyil. Ona qlobal iş kimi baxmıram. O boyda böyük sənətkarlarımız seriallarda çəkilir. Onların işini də yerə vurmuram. Onlar da mənimlə eyni düşünər”.

Aktrisa rol aldığı ekran işlərində seçici olduğu dilə gətirib:

“Daha çox tərəf müqabili və ssenari baxımından seçiciyəm. Filmi kimin çəkməyi də vacibdir. Qonorar hər şeydən sonra gəlir. Hərdən deyirlər ki, reklamlara çox baha çəkilirsən. Deyirəm ki, bu, mənim simamdır və onu satıram”.

V.Zeynalova rejissor Yavər Rzayevin ekranlaşdırdığı “İlahi məxluq” filmindəki erotik səhnəsinin illər sonra qalmaqala səbəb olması barədə sualı da cavablandırıb:

“Maraqlısı odur ki, ajiotaj filmdən 4 il sonra başladı. Bu, mənə qarşı hazırlanmış bir kampaniya idi. Həmin hadisədən sonra bütün mətbuatdan və saytlardan uzaqlaşdım. Yalnız efirlərə gedirəm. Bunda da artıq seçiciyəm. Əvvəl hər verilişə gedirdim. Lakin sonra gördüm ki, mənimlə birlikdə çağırılan qonaqlarla uyğun gəlmirəm. Buna görə də istəmirəm”.

Sənətçi ailə qurmasından və qızlarına qoyduğu qadağalardan da danışıb:

“Qayınatam istəmirdi ki, aktrisa olum. Yoldaşım dedi ki, olacaqsan. Bir il dost olmuşuq, sonra evlənmək təklif etdi. Bir il də mən düşündüm, sonra evləndik.

Qızlarım model deyillər. Sadəcə hündürdülər, kürəklərini əyirdilər. Qızım dedi ki, modellik məktəbi var, orada gedib düzgün öyrənə bilərik. Mən də razılaşdım, amma dedim ki, bunu peşə kimi yox, hobbi kimi yanaşsınlar. Qızlarımın biri Xarici Dillər Universitetində, digəri isə  Azərbaycan Dövlət İqtisad Universitetində oxuyur. Yaradıcı qızlardır, rəsm çəkirlər. Biri şeir yazır. Onlara sərbəstlik vermişəm. Amma bu o demək deyil ki, hər işi görə bilərlər. Biri Almaniyada idi, görüntülü danışırdıq. Qayıtdı ki, ana, olar sabah bu köynəyi dəyişim. Yanımda rəfiqələrim var idi. Mənə təəccüblə baxdılar. Dedilər ki, necə yəni, səndən köynəyi dəyişmək üçün icazə istəyir? Dedim ki, icazə verməsəm, geyimini dəyişməz. Baxmayaraq ki, ayrı ölkədədirlər. Onlara müdaxilə edə bilirəm”. (Axşam.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO