Səhiyyə 20.04.2020 20:20

Bunları bilirsinizmi?

Qadın həyatının ən məsuliyyətli və qayğıya ehtiyacı olan dövrü klimakterik dövrdür.

Rakus.az xəbər verir ki, normal halda qadınlarda klimakterik dövr 45 və ya 50 yaşdan sonra başlayır. Ancaq klimaksın ilkin əlamətləri özünü 35-40 yaşdan sonra göstərməyə başlayır. Bəzən elə olur ki, qadın özündə klimaksın əlamətlərini illərlə hiss edir. Ancaq ömrünün sonuna kimi aylıq tsikldən kəsilmir. Bəs görəsən qadınların bütün yaşam tərzində, sağlamlığında dəyişiklər edən klimaks nədir?

Klimaks xəstəlik yox, sindromdur

Klimaks aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar. Tibb elmində isə ona qadın xəstəliyi yox, sindrom deyirlər. Klimakterik sindromun insan orqanizmində yaşla əlaqədar olaraq, renraduktiv sistemin funksiyasının sönməsi nəticəsində əmələ gələn simptomokompleksdir.

Bu simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur. İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında  kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir.

Klimakterik sindromun ilkin əlamətləri

Klimakterik sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20 –yə çatmaqla, 30 dəqiqə davam edir. Dünyada çox az sayda qadın klimaks dövrünü rahat keçirir. Klimaks qadınların həyatında ən çətin dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və tez-tez hirslənir.

Klimakterik dövrdə yaranan xəstəliklər…

Qadın aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma risqi artır. Qadınlarda yaranan xəstəliklərdən biri də sümük əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn fəsadlar sırasına daxildir.

Klimakterik dövrdə qidalanmaya diqqət…

Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin.

Erkən klimaks…

Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Bəzən elə olur ki, 30 yaşında klimaks dövrünə girən xanımlar olur. Bu insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur.

Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeteryanlara da klimaks dövrü erkən başlayır və çox ağır keçir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO