Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində 51 yaşlı Qabriel Uortman 16 nəfəri güllələyərək öldürüb.
Rakus.az xəbər verir ki, bu barədə “CBC” kanalına milli polis komissarı Brend Laki məlumat verib.
Onun sözlərinə görə, silahlı insident terror aktı kimi qiymətləndirilmir.
Bildirilib ki, 51 yaşlı Qabriel Uortman bazar günü gecə (19 Aprel – Red) Portalik şəhərində və daha sonra bir sıra digər yaşayış məntəqələrində insanlara atəş açıb.
Cinayətkarın tutulması üçün 12 saat davam edən əməliyyat nəticəsində polis əməkdaşı öldürülüb, daha biri yaralanıb. 51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub və patrul avtomobilində hərəkət edib.
Yeni Şotlandiya vilayətində polis insanlara atəş açan şəxsi saxlayıb. (Report)