Netanyahu və Hans razılığa gəldilər

İsrailin Baş Naziri və “Likud” partiasının lideri Binyamin Netanyahu ilə “Kahol-Lavan” partiyasının lideri və Knessetin (İsrail parlamenti) spikeri Beni Hans bazar ertəsi günü axşam saatlarında hökumət koalisiyasının qurulması barədə saziş imzalayıblar.
Rakus.az xəbər verir ki, İsrailin Kan radiosuna istinadla xəbər verir ki, əldə olunmuş razılığa əsasən, ilk ilyarımda Baş Nazir Netanyahu olacaq. Bundan sonra Nazirlər Kabinetinin başçısı portfeli rotasiya çərçivəsində Beni Hansa keçəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin formlaşdırılması üçün Beni Hansa verilən vaxt aprelin 16-da başa çatmışdı. Bundan sonra İsrail Prezidenti Reuven Rivlin martın 2-də keçirilən seçkilərin nəticələrinə əsasən hökumət koalisiyasının qurulmasını Knessetə həvalə edib. İsrail qanunlarına əsasən, parlament üzvləri səs çoxluğu ilə 21 gün ərzində hökuməti formalaşdırmaq üçün 14 gün vaxt veriləcək bir deputatı prezidentə təqdim etməlidir. “Likud” və “Kahol-Lavan” partiyaları arasında koalisiya sazişi imzalandığından bu prosedur artıq formal xarakter daşıyacaq.
2019-cu il sentyabrın 17-də keçirilən ilk təkrar seçkilərin nəticəsinə əsasən, Netanyahu və Hans növbə ilə onlara təqdim olunan 28 gün ərzində hökuməti formalaşdıra bilməmişdilər. Bundan sonra Prezident Reuven Rivlin Knessetə 21 gün ərzində hökuməti qurmaq şansı versə də, yenə nəticə əldə olunmamış və martın 2-də üçüncü dəfə parlament seçkiləri keçirilmişdi.